Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Trabzon °C

Vyanada azərbaycanlı musiqişünasın 90 illik yubileyi qeyd edilib

Vyanada azərbaycanlı musiqişünasın 90 illik yubileyi qeyd edilib
REKLAM ALANI
20.12.2022
A+
A-

 

 

Vyanada azərbaycanlı musiqişünasın 90 illik yubileyi qeyd edilib

2022

Vyanada azərbaycanlı musiqişünasın 90 illik yubileyi qeyd edilib

Avstriyanın paytaxtı Vyanada görkəmli Azərbaycan musiqişünası, əməkdar incəsənət xadimi, professor Elmira Abasovanın 90 illik yubileyinə həsr olunmuş “Musiqiyə həsr olunmuş ömür” adlı tədbir keçirilib.

“Culture Meeting Point” mədəniyyət təşkilatının təşəbbüsü, Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycan Akademik Birliyinin iştirakı ilə təşkil edilən tədbirə musiqisevərlər, Avstriya ictimaiyyətinin nümayəndələri və soydaşlarımız qatılıblar.

Azərbaycan Mədəniyyət Mərkəzində baş tutan tədbirdə “Culture Meeting Point” qurumunun musiqi üzrə rəhbəri, incəsənət üzrə fəlsəfə doktoru, musiqişünas Fərəh Tahirova, Azərbaycan Akademik Birliyinin sədri Kamal Əkbərov, musiqiçi-pedaqoq Kəmalə Əhmədova və musiqişünasın qızı Kəminə Məmmədova çıxış ediblər.

Elmira Abbasovanın 1977–1991-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) rektoru, 1973-1990-cı illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi olduğunu nəzərə çatdıran natiqlər onun milli musiqi mədəniyyətinin inkişafına verdiyi töhfələrdən bəhs ediblər. Bildirilib ki, elmi fəaliyyətinin böyük hissəsini Üzeyir Hacıbəylinin yaradıcılığının öyrənilməsinə həsr edən Elmira Abbasova dahi bəstəkarın irsi üzrə ən tanınmış mütəxəssislərdən biri kimi tanınırdı. Alim tədqiqatlarında Ü.Hacıbəylinin əsərlərinin musiqi, dramatik və üslub xüsusiyyətlərini işıqlandırıb, bəstəkarın simfonik təfəkkür metodunu üzə çıxarıb.

Sonra E.Abasovanın həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib.

Tədbirin bədii hissəsində Avstriyada yaşayan gənc musiqiçilərin ifasında Azərbaycan və Avropa bəstəkarlarının klassik əsərləri səsləndirilib.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/vyanada-azerbaycanli-musiqisunasin-90-illik-yubileyi-qeyd-edilib-2086

 

 

REKLAM ALANI