Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Trabzon °C

Torontodakı Azərbaycan Evində dünya şöhrətli alim Məsud Əfəndiyevlə görüş keçirilib

Torontodakı Azərbaycan Evində dünya şöhrətli alim Məsud Əfəndiyevlə görüş keçirilib
REKLAM ALANI
26.07.2023
A+
A-

 

 

 

 

Torontodakı Azərbaycan Evində dünya şöhrətli alim Məsud Əfəndiyevlə görüş keçirilib
26 iyul, 2023

 

Torontodakı Azərbaycan Evində dünya şöhrətli alim Məsud Əfəndiyevlə görüş keçirilib

 

 

 

Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Azərbaycan Evində dünya şöhrətli alim, Münhendəki Helmholtz Mərkəzinin professoru, Humboldt mükafatı və “Fields İnstitute Fellows” ömürlük mükafatını alan ilk azərbaycanlı alim, Azərbaycanın əməkdar elm xadimi Məsud Əfəndiyevlə görüş keçirilib.

Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan görüşdə elm xadimləri, Azərbaycan icmasının nümayəndələri və vaxtilə ölkəmizdə yaşamış yəhudilər iştirak ediblər.

 

 

 

Tədbirdə öncə Diasporla İş üzrə Dövlət Komitəsinin Məsud Əfəndiyev haqqında çəkdiyi videoçarx nümayiş etdirilib və Fields İnstitutunun “Fields İnstitute Fellows” ömürlük mükafatı barədə məlumat verilib. Dünya şöhrətli elm xadimi, Nobel mükafatı laureatı Əziz Sancarın azərbaycanlı həmkarları Lütfü Zadə və Məsud Əfəndiyev barədə fikirlərinə diqqət cəlb edilib.

 

 

 

Görüşün moderatoru York Universitetinin professoru Ulduz Rəhimov dünyada “Dean`s Distinguished Professor” (Dekanın görkəmli professoru) statusunu daşıyan azsaylı riyaziyyatçı alimlərdən biri olan Məsud Əfəndiyevin elmi fəaliyyətindən danışıb və onu “hər bir azərbaycanlının qürur mənbəyi” adlandırıb.

 

 

 

Görüşün təşkil olunmasına görə Azərbaycan Evinə minnətdarlığını bildirən Məsud Əfəndiyev bu tədbiri diasporumuzun monolitliyinin göstəricisi kimi dəyərləndirib. Alim kimi yüksək zirvələrə çatmasında valideynlərinin, ailə üzvlərinin və elmi mühitin rolundan, Kanadaya gəlişinin məqsədindən və Fields İnstitutunun “Fields İnstitute Fellows” ömürlük mükafatının ona təqdim olunması səbəbindən danışıb.

 

 

 

 

Azərbaycançılıq ideologiyası və onun Kanadada rolu, xaricdə yaşayan övladlarımızın milli mənsubiyyət və inteqrasiya məsələləri, Diasporla İş üzrə Dövlət Komitəsinin son illərdəki nailiyyətləri, Dünya Azərbaycanlı Alimlərin I Forumunda iştirak qaydaları kimi mövzulara toxunub.

 

 

 

 

3 saatdan çox çəkən maraqlı görüş sualların cavablandırılması, fikir mübadiləsinin aparılması və xatirə şəklinin çəkdirilməsi ilə yekunlaşıb.

FOTO QALEREYA

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/torontodaki-azerbaycan-evinde-dunya-sohretli-alim-mesud-efendiyevle-gorus-kecirilib-3276

 

 

REKLAM ALANI