Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Trabzon °C

Rotterdamda Həmrəylik Günü qeyd edilib

Rotterdamda Həmrəylik Günü qeyd edilib
REKLAM ALANI
30.12.2022
A+
A-

 

 

 

Rotterdamda Həmrəylik Günü qeyd edilib

2022

Rotterdamda Həmrəylik Günü qeyd edilib

Niderlandın Rotterdam şəhərində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

Benilüks Azərbaycanlıları Konqresinin nəzdində fəaliyyət göstərən “Qarabağ” idman klubunun ofisində baş tutan tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri Elsevər Məmmədov bayram münasibətilə soydaşlarımızı təbrik edib, Həmrəylik Gününün tarixindən və dünya azərbaycanlıları üçün əhəmiyyətindən danışıb.

Tədbirdə Ana Vətən Avropa Azərbaycanlı Qadınları Birliyinin rəhbəri Mayisə Ağamirzəyeva, Niderland-Azərbaycan Odlar Yurdu Cəmiyyətinin rəhbəri Frəngiz Bağırova və başqaları çıxış edərək soydaşlarımızın mütəşəkkil qüvvəyə çevrilməsində həmrəylik gününün güclü təsirindən bəhs ediblər.

BAK-ın tərkibində yeni yaranmış Güney Azərbaycanlıları nümayəndəliyinin başçısı Araz Ataxan diqqəti Arazın o biri tayında baş verən hadisələrə yönəldərək, dünya azərbaycanlılarını cənublu qardaş və bacılarımızı dəstəkləməyə çağırıb.

Tədbirə qonaq qismində dəvət olunmuş Media Araşdırmaçılar və Monitorinq Mərkəzinin, eləcə də “Reaksiya” internet televiziyasının rəhbəri Zaur Qəriboğlu Niderlandda fəaliyyət göstərən diaspor təşkilatlarının fəallığını xüsusi qeyd edib, diaspor təşkilatlarının rəhbərlərinə təşəkkür plaketləri təqdim edib. Elsevər Məmmədov isə “Qarabağ” idman klubuna məxsus formanı jurnalistə hədiyyə edib.

Tədbir Haarlem “Körpə Fidanlar” musiqili teatr qrupunun və Rotterdam həftəsonu Azərbaycan məktəbinin şagirdlərinin konsert proqramı ilə davam edib.

Tədbir iştirakçıları “Körpə Fidanlar”ın bədii rəhbəri Sima Cəfərovaya, müəllimi Nigar Cəfərovaya, həftəsonu Azərbaycan məktəbinin rəhbəri Zərifə Süleymanovaya hazırladıqları konsert proqramına görə minnətdarlıq bildiriblər, balaca iştirakçılara hədiyyələr təqdim olunub.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

 

kaynak:http://diaspor.gov.az/az/news-detail/rotterdamda-hemreylik-gunu-qeyd-edilib-2134

 

 

REKLAM ALANI
Arabic Arabic Chinese (Simplified) Chinese (Simplified) Dutch Dutch English English French French German German Italian Italian Portuguese Portuguese Russian Russian Spanish Spanish Turkish Turkish