Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Trabzon °C

Qlazqo Universitetinin tələbələri Azərbaycanda keçiriləcək COP29-la bağlı məlumatlandırılıb

Qlazqo Universitetinin tələbələri Azərbaycanda keçiriləcək COP29-la bağlı məlumatlandırılıb
REKLAM ALANI
02.05.2024
A+
A-

Qlazqo Universitetinin tələbələri Azərbaycanda keçiriləcək COP29-la bağlı məlumatlandırılıb

2024

Qlazqo Universitetinin tələbələri Azərbaycanda keçiriləcək COP29-la bağlı məlumatlandırılıb

 

 

 

 

Şotlandiyanın Qlazqo Universitetində azərbaycanlı tələbələrin təşkilatçılığı ilə “Yaşıl gələcək” (“Green Future”) adlı tədbir keçirilib. Xarici tələbələrin də iştirak etdiyi tədbirdə noyabrda Azərbaycanda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının 29-cu Sessiyası – COP29 çərçivəsində indiyə qədər görülən və bundan sonra həyata keçiriləcək işlər haqqında məlumatlar verilib, videolar göstərilib.

Tədbirdə UNEC Empirik Araşdırmalar Mərkəzinin direktor müavini, Qlazqo Universitetinin tələbəsi Nicat Muradzadə videotəqdimatla çıxış edib və ətraf mühitin qorunmasının ölkəmizin prioritet vəzifələrindən olduğunu deyib. Eyni zamanda, ekoloji maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib, işğaldan azad olmuş bölgələrdə yaşıllığa, təbiətə diqqət və qayğı göstərilməsini vurğulayıb. Daha sonra Kalqari Universitetinin müəllimi Səbinə İsgəndərova, Azərbaycan Bərpa Olunan Enerji Agentliyinin (AREA) direktor müavini Kamran Hüseynovun çıxışları dinlənilib. Tədbirdə Azərbaycanın müxtəlif bölgələrinin yaşıllığını, təbiətini əks etdirən şəkillər nümayiş olunub.

Tədbirin sonunda isə hər kəsə yaşıl dünya naminə simvolik olaraq gül və bitki toxumları hədiyyə edilib.

 

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/qlazqo-universitetinin-telebeleri-azerbaycanda-kecirilecek-cop29-la-bagli-melumatlandirilib-4606

 

REKLAM ALANI