Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Trabzon °C

Qazaxıstanın Türküstan vilayətində Heydər Əliyevin 100 illiyi qeyd edilib

Qazaxıstanın Türküstan vilayətində Heydər Əliyevin 100 illiyi qeyd edilib
REKLAM ALANI
24.06.2023
A+
A-

Qazaxıstanın Türküstan vilayətində Heydər Əliyevin 100 illiyi qeyd edilib
2023

 

 

 

 

Qazaxıstanın Türküstan vilayətində Heydər Əliyevin 100 illiyi qeyd edilib

 

 

 

 

Qazaxıstanın Türküstan vilayətinin Sayram rayonunun Ağsu kəndindəki Mədəniyyət Evində

Azərbaycanın və türk dünyasının görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

 

 

 

 

“Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin, Qazaxıstan Xalq Assambleyasının, Sayram rayonunun yerli icra və qanunverici orqanlarının, Qazaxıstanın Qarabağ Veteranları Şurasının, müxtəlif ictimai təşkilatların və diasporunun nümayəndələri iştirak ediblər.

 

 

 

 

Tədbir iştirakçılarını salamlayan birliyin sədri Ramilə Mustafayeva dünyanın müxtəlif ölkələrində “Heydər Əliyev İli” çərçivəsində tədbirlər keçirildiyini bildirib. Türküstan vilayətində yaşayan icmamızın və müxtəlif millətlərin ulu öndər Heydər Əliyevin Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin inkişafında müstəsna rolundan danışıb.

 

 

 

 

 

Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vüsal Məmmədov müasir Azərbaycan dövlətinin müstəqilliyinin qorunub saxlanması və möhkəmləndirilməsi, ölkəmizin dinamik inkişafında ümummilli liderin misilsiz xidmətləri barədə geniş məlumat verib. Türk dövlətləri, o cümlədən Qazaxıstanla qardaşlıq və dostluq əlaqələrinə xüsusi önəm verən ulu öndər Heydər Əliyevin xatirəsinin böyük ehtiramla yad edildiyinə görə Komitə sədri Fuad Muradovun adından Türküstan vilayətinin rəhbərliyinə, diaspor və ictimaiyyət nümayəndələrinə minnətdarlıq ifadə edilib.

Komitənin adından yerli ictimaiyyət və diaspor fəallarına xatirə hədiyyələri təqdim edilib.

 

 

 

 

Tədbirin bədii hissəsində Azərbaycan və müxtəlif icmaların yaradıcı kollektivlərinin ifasında milli musiqilər və rəqslər nümayiş etdirilib. “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin nəzdindəki həftəsonu məktəbin şagirdləri tərəfindən Ümummilli liderin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/qazaxistanin-turkustan-vilayetinde-heyder-eliyevin-100-illiyi-qeyd-edilib-3144

REKLAM ALANI