Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Trabzon °C

Nyu-Yorkda Həmrəylik Günü təntənə ilə qeyd edilib

Nyu-Yorkda Həmrəylik Günü təntənə ilə qeyd edilib
REKLAM ALANI
06.01.2023
A+
A-

 

 

 

 

Nyu-Yorkda Həmrəylik Günü təntənə ilə qeyd edilib
6 yanvar, 2023
Nyu-Yorkda Həmrəylik Günü təntənə ilə qeyd edilib
ABŞ-ın Nyu-York şəhərində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə həsr olunmuş bayram tədbiri keçirilib.

Nyu-York Azərbaycan Assosiasiyasının təşkil etdiyi təntənəli tədbirdə ABŞ-ın müxtəlif ştatlarında və şəhərlərində yaşayan 150 soydaşımız iştirak edib.

Tədbiri giriş sözü ilə açan Nyu-York Azərbaycan Assosiasiyasının sədri Ercan Yerdələnli bayram münasibətilə qonaqları təbrik edib. Həmrəylik Gününün tarixi əhəmiyyətindən danışaraq bildirib ki, bu əlamətdar hadisənin rəsmiləşdirilməsi müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə təsis edilən Həmrəylik Günü xaricdə yaşayan soydaşlarımızın milli birlik, dogma vətənə bağlılıq, milli-mənəvi dəyərlərimizə hörmət hisslərini özündə təcəssüm etdirir. Nəzərə çatdırıb ki, soydaşlarımız arasında həmrəyliyin möhkəmləndirilməsi, təşkilatlanması və güclü Azərbaycan diasporunun təşəkkülü ABŞ-da yaşayan hər bir azərbaycanlının amalı olmalıdır.

Tədbirdə uzun illər ABŞ-da Azərbaycan diasporunun təşəkkülündə xüsusi əməyi olan Solmaz Əlizadə çıxış edib. Solmaz xanım qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyevin memarı olduğu güclü Azərbaycan diasporu onun layiqli davamçısı Prezident İlham Əliyevin səyləri nəticəsində daha da güclənib. O, Azərbaycan Prezidentinin təsis etdiyi “Diaspor fəaliyyətində xidmətlərə görə” medalı ilə təltif olunduğuna görə dövlət başçımıza minnətdarlığını bildirib.

Tədbirin bədii hissəsində Azərbaycanın əməkdar artisti, tanınmış skripka ifaçısı Ceyhun İsmayılov (maestro Ceyhun), TRT İstanbul radiosunun solisti, Türk Sənət Musiqisi ifaçısı Selma Geçer, rəqqasə Arifə Axundova və başqaları çıxış ediblər. Vətənpərvərliyi tərənnüm edən Azərbaycan xalq və bəstəkar mahnılarının təqdim olunması qonaqlar tərəfindən alqışlarla qarşılanıb.

Play

Mute

Settings

Enter fullscreen

Play

 

 

 

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

kaynak:http://diaspor.gov.az/az/news-detail/nyu-yorkda-hemreylik-gunu-tentene-ile-qeyd-edilib-2165

 

 

REKLAM ALANI