Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Trabzon °C

Nazir Ceyhun Bayramovun Qazaxıstan Respublikasının informasiya və sosial inkişaf naziri Darxan Kıdıralı ilə görüşünə dair mətbuat məlumatı

Nazir Ceyhun Bayramovun Qazaxıstan Respublikasının informasiya və sosial inkişaf naziri Darxan Kıdıralı ilə görüşünə dair mətbuat məlumatı
REKLAM ALANI
14.03.2023
A+
A-

 

 

 

 

 

No:139/23, Nazir Ceyhun Bayramovun Qazaxıstan Respublikasının informasiya və sosial inkişaf naziri Darxan Kıdıralı ilə görüşünə dair mətbuat məlumatı

 

 

 

 

9 mart 2023-cü ildə tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstan Respublikasının informasiya və sosial inkişaf naziri Darxan Kıdıralı arasında görüş keçirilib.

 

Görüş zamanı tərəflər Azərbaycan və Qazaxıstan arasında ikitərəfli əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edərək, informasiya, kommunikasiya, sosial müdafiə, habelə ailə və gənclər siyasəti sahələrində gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

 

 

 

 

 

Eyni zamanda, beynəlxalq təşkilatlar və çoxtərəfli əməkdaşlıq platformaları, xüsusilə də Türk Dövlətləri Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və digər çərçivələrdə vacib istiqamətlər üzrə birgə səylərin artırılmasının, ölkələrimiz arasında məlumat və təcrübə mübadiləsinin genişləndirilməsinin vacib olduğu vurğulanıb.

 

 

 

 

 

Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı genişmiqyaslı bərpa və quruculuq işləri, Qazaxıstanın bu işlərə töhfələri qeyd olunub.

 

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Paylaş

BÜTÜN XƏBƏRLƏR

 

kaynak:https://mfa.gov.az/az/news/no13923

 

 

REKLAM ALANI