Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Trabzon °C

Misir-Azərbaycan Dostluq Cəmiyyətində diplomların təqdimat mərasimi keçirilib

Misir-Azərbaycan Dostluq Cəmiyyətində diplomların təqdimat mərasimi keçirilib
REKLAM ALANI
24.10.2022
A+
A-

 

 

 

Misir-Azərbaycan Dostluq Cəmiyyətində diplomların təqdimat mərasimi keçirilib

Misir-Azərbaycan Dostluq Cəmiyyətində diplomların təqdimat mərasimi keçirilib
Qahirədə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində təhsil alan 73 tələbəyə diplom və sertifikatlar təqdim olunub.

 

Bu münasibətlə təşkil edilən tədbirdə çıxış edən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misirdəki əlaqələndiricisi, tədqiqatçı-alim Seymur Nəsirov Azərbaycanın Misir və digər ərəb ölkələri ilə əlaqələrinin tarixindən, hazırkı yüksək səviyyəsindən bəhs edib. Nəzərə çatdırıb ki, 2014-cü ildən fəaliyyət göstərən cəmiyyətdə indiyədək 40 ölkədən 1600-ə yaxın tələbə təhsil alıb. Hazırda 35 ölkədən 400-dən çox gəncə ödənişsiz əsasda Azərbaycan, ingilis dilləri, “Qurani-Kərim”in qiraəti, ərəb dilinin qrammatikası və ədəbiyyat, bəlağət və məntiq elmi, xəttatlıq, dekorasiya fənləri tədris edilir.

 

Cəmiyyətin fəaliyyətinin əsas məqsədinin xalqlar arasında dostluğun möhkəmləndirilməsi, elm, mədəniyyət və din sahələrində əlaqələrin inkişafı, habelə tələbələrə sosial xidmətlərin göstərilməsi olduğu bir daha vurğulanıb.

 

Qeyd edək ki, diplomların təqdimatı mərasimi Misir, Səudiyyə Ərəbistanı, İraq, Livan, Əlcəzair və digər ərəb ölkələrinin mətbuatında geniş işıqlandırılıb.

FOTO QALEREYA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Kaynak:http://diaspor.gov.az/az/news-detail/misir-azerbaycan-dostluq-cemiyyetinde-diplomlarin-teqdimat-merasimi-kecirilib-1774

 

 

 

REKLAM ALANI
Arabic Arabic Chinese (Simplified) Chinese (Simplified) Dutch Dutch English English French French German German Italian Italian Portuguese Portuguese Russian Russian Spanish Spanish Turkish Turkish