Kanada yaşayan soydaşımız medalla təltif edilib
2024
Kanada yaşayan soydaşımız medalla təltif edilib
https://x.com/DiasporaAz/status/1847537237065359642
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kanadanın Ontario vilayətinin Toronto şəhərində fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri, Kanada Azərbaycan Evinin icraçı direktoru Lalin Həsənovanı qəbul edib.
https://x.com/DiasporaAz/status/1847537237065359642
Komitə sədri soydaşlarımızın yerli cəmiyyətə sıx inteqrasiyasını, Azərbaycan həqiqətlərinin təbliğ olunması, zəngin mədəni irsimizin və mədəniyyətimizin tanıdılması istiqamətindəki fəallığını yüksək qiymətləndirib. Hazırda xaricdə fəaliyyət göstərən Azərbaycan icmalarının, soydaşlarımızın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğunu bildirib. Hər iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafında diasporun özünəməxsus yeri olduğu vurğulanıb və diasporun gələcəkdə bu ölkədəki fəaliyyəti ilə bağlı tövsiyələr nəzərə çatdırılıb.
Lalin Həsənova fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə dərin minnətdarlığını ifadə edib. Kanadada yaşayan soydaşlarımızın bir araya gəlməsi, milli maraqlar uğrunda birgə fəaliyyət göstərməsi baxımından Azərbaycan Evinin böyük rol oynadığını söyləyib. O, evin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbində Azərbaycan dili ilə yanaşı, Azərbaycan tarixi, dram, rəsm, rəqs, musiqi və xor, nağara, astronomiya, şahmat dərslərinin də tədris edildiyini diqqətə çatdırıb. O, həmçinin ilk dəfə olaraq “Mənim Azərbaycanım” həftəsonu məktəbində uşaqlar üçün yay düşərgəsinin də təşkil olunduğunu bildirib.
Lalin Həsənovaya diaspor fəaliyyətində xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif olunduğu “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim edilib.
https://x.com/DiasporaAz/status/1847537237065359642
Qeyd edək ki, 3 aprel 2023-cü il tarixində Kanadanın Ontario vilayətinin Toronto şəhərində rəsmi açılışı olan Azərbaycan Evində müxtəlif tədbirlər keçirilir. Onlarla Kanada rəsmisi Azərbaycan evinin qonağı olub və onlara xalqımızın qədim tarixi, zəngin mədəni irsi və həyata keçirilən layihələr haqqında ətraflı məlumat verilib. Evi ziyarət edən rəsmi şəxslər sırasında Kanada parlamentinin Nümayəndələr Palatasının üzvü Əli Sayrus Ehsassi, Uiloudeyl (Willowdale) Şəhər Şurasının üzvü Lili Çenq, Kanadanın Ontario Qanunvericilik Assambleyasının deputatı Sten Ço, Ontario vilayətinin Turizm, mədəniyyət və idman nazirinin Kanada parlamentində köməkçisi Şeref Sabavi, Ontario Liberal Partiyasının üzvü Andrea Hazell, Kanada parlamentinin üzvü Françesko Sorbara kimi tanınmış və nüfuzlu şəxslər vardır.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/kanada-yasayan-soydasimiz-medalla-teltif-edilib-5171
https://x.com/DiasporaAz/status/1847537237065359642
Birleşik Rusya’nın desteğiyle, Zabaykalsky Krai’deki Aginskoye’de SVO katılımcıları ve aileleri için bir Spartakiad düzenlendi
Birleşik Rusya’nın desteğiyle Ulyanovsk’taki ilkokul öğrencilerine Rus dili üzerine bir ders verildi
«Единая Россия» познакомила пенсионеров Благовещенска с возможностями искусственного интеллекта
Birleşik Rusya, bölgelerdeki iyilik maratonuna devam ediyor
Birleşik Rusya Kadın Hareketi, Kemerovo’da çok çocuklu anneler için yaratıcı bir atölye çalışması düzenledi
При содействии «Единой России» количество брендов на региональном маркетплейсе «Сделано на Ставрополье» выросло до 500