Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Trabzon °C

“Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan–Amerika Mədəniyyət körpüsü: Cefri Verbok” adlı tədbir təşkil olunub

“Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan–Amerika Mədəniyyət körpüsü: Cefri Verbok” adlı tədbir təşkil olunub
REKLAM ALANI
29.10.2023
A+
A-

 

 

 

“Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan–Amerika Mədəniyyət körpüsü: Cefri Verbok” adlı tədbir təşkil olunub

, 2023

“Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan–Amerika Mədəniyyət körpüsü: Cefri Verbok” adlı tədbir təşkil olunub

 

 

 

 

Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Azərbaycan–Amerika Mədəniyyət körpüsü: Cefri Verbok” adlı tədbir keçirilib.

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutan tədbirdə Prezident Administrasiyasının, ADA Universitetinin, Azərbaycan diasporunun nümayəndələri, yerli ictimaiyyətin tanınmış şəxsləri və media mənsubları iştirak ediblər.

 

 

 

 

Tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Cefri Verbokun ümummilli lider Heydər Əliyevlə görüşü barədə videçarx nümayiş olunub, həmin görüşdə qeyd olunan məsələlərin bu gün həqiqətə çevrildiyi, ölkəmizin ərazi bütövlüyümüzün təmin olunduğu və Azərbaycanın dostlarının da bizimlə bərabər qələbə sevinci yaşadığı diqqətə çatdırılıb.

 

 

 

 

Tədbirdə çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Avropa Azərbaycan Cəmiyyətinin rəhbəri Tale Heydərov, Amerika Azərbaycan Cəmiyyətinin prezidenti Tomris Azeri, Quba Dağ Yəhudiləri icmasının üzvü Nisim Nisimov və başqaları amerikalı musiqiçinin Azərbaycan diasporu quruculuğunda fəal iştirakı, Azərbaycan həqiqətlərinin Amerika ictimaiyyətinə çatdırılmasında mühüm rolu, Azərbaycanla əlaqələrinin tarixi, uzun illər davam edən sarsılmaz dostluq münasibətləri, ölkəmizi, xüsusilə musiqimizi dünyada uğurla təbliğ etməsi, mədəniyyətimizə xidmətləri barədə danışıblar.

Daha sonra amerikalı musiqiçiyə həsr olunmuş “Gənc səslər, qədim nəğmə” etnoqrafik sənədli filmindən fraqmentlər nümayiş etdirilib. Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə çəkilmiş və 2016-cı ildə təqdim olunmuş bu filmin qəhrəmanlarından birinin – məcburi köçkün övladı olaraq çadır şəhərciyində böyümüş, sonradan İkinci Qarabağ müharibəsinin qazisi kimi şərəfli döyüş yolu keçmiş Nizami Paşayevin səhnəyə dəvət olunması alqışlarla qarşılanıb.

Qivami Rəhimlinin moderatorluğu ilə aparılan tədbirin bədii hissəsində Cefri Verbokun, Anar İmanovun və Əsgər Əsgərzadənin ifasında konsert proqramı təqdim edilib.

FOTO QALEREYA

 

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/heyder-eliyev-ili-cercivesinde-azerbaycan-amerika-medeniyyet-korpusu-cefri-verbok-adli-tedbir-teskil-olunub-3731

 

 

 

REKLAM ALANI