Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Trabzon °C

Helsinkidə həftəsonu Azərbaycan məktəbi fəaliyyətə başlayıb

Helsinkidə həftəsonu Azərbaycan məktəbi fəaliyyətə başlayıb
REKLAM ALANI
08.10.2022
A+
A-

Helsinkidə həftəsonu Azərbaycan məktəbi fəaliyyətə başlayıb

Helsinkidə həftəsonu Azərbaycan məktəbi fəaliyyətə başlayıb

Finlandiyanın paytaxtı Helsinkidə fəaliyyət göstərən Azərbaycan Evinin nəzdində Azərbaycan dili, musiqi və rəsm fənləri tədris olunacaq.

 

Azərbaycan Evinin rəhbəri, “Azər-Türk” Gənclər Təşkilatının sədri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndirici Ülviyyə Cabbarova bildirib ki, dərslərin başlanması üçün artıq hazırlıq işləri başa çatıb. Ana dili kurslarında Diasporla İş üzrə Dövlət Komitəsinin Təhsil Nazirliyi ilə birgə hazırladığı vəsaitdən istifadə olunacaq. Komitə digər fənn vəsaitlərini də Azərbaycan Evinə təqdim edib.

 

Onun sözlərinə görə, artıq 20 nəfərə yaxın müdavim Azərbaycan dili kurslarında iştirak etmək üçün müraciət edib. Valideynləri övladlarının Azərbaycan dilini mükəmməl şəkildə mənimsəmələrini istəyirlər. Dərslərə hər həftənin sonunda 1 saat vaxt ayrılacaq.

 

Azərbaycan dili müəllimi Şura Ağaverdiyeva bildirib ki, uşaqlar yaş kateqoriyalarına görə qruplara bölünəcəklər. Azərbaycan dili vəsaitinin rəngarəng şəkildə tərtib olunduğunu söyləyən müəllim bildirib ki, dərslər həftədə bir dəfə keçirildiyindən, uşaqların dil mənimsəmə müddəti 1 ilə qədər vaxt ala bilər.

 

Əslən Cənubi Azərbaycandan olan valideyn Babək İmani bildirib ki, Azərbaycan Evinin açılacağı və burada Azərbaycan dili kursunun fəaliyyət göstərəcəyi xəbəri soydaşlarımızda böyük sevinc doğurub. Onun övladı Rafael dünyaya gələndən sonra Finlandiyada Azərbaycan dilində kitablar almağa çalışıb, bəzi kitabları isə Bakıdan gələn dostları hədiyyə edib. Bu illər ərzində həmin kitabları övladı üçün oxuyub, onun Azərbaycan dilini eşitməsinə çalışıb. “Amma Azərbaycan Evində uşaqlara doğma dilimizin tədris olunması tamamilə başqa məsələdir. Çox istəyirəm ki, övladlarım Azərbaycan dilini bizdən daha yaxşı bilsinlər”, – deyə soydaşımız vurğulayıb.

 

Qeyd edək ki, atası ilə birlikdə Azərbaycan Evinə gələn Rafael İmaninin doğma dilimizdə yazdığı ilk söz “Azərbaycan” olub.

 

Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramının bir buraxılışı Helsinki Azərbaycan Evinin fəaliyyətinə və burada həftəsonu məktəbinin açılmasına həsr olunub. Verilişi aşağıdakı linkdən izləmək olar:

 

Play

 

FOTO QALEREYA

 

Bir 3 kişi ve ayakta duran insanlar görseli olabilir

Bir 1 kişi görseli olabilir

 

Bir 2 kişi, çocuk, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Bir 2 kişi, ayakta duran insanlar, takım elbise ve iç mekan görseli olabilir

 

Bir 2 kişi ve gitar görseli olabilir

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

kaynak:http://diaspor.gov.az/az/news-detail/helsinkide-heftesonu-azerbaycan-mektebi-fealiyyete-baslayib-1630

 

 

REKLAM ALANI