Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Trabzon °C

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Dövlətçilik tariximizin həlledici dönüş nöqtəsi…”, ÖZEL

Azərbaycan Millət vəkili Məşhur Məmmədov,
“Dövlətçilik tariximizin həlledici dönüş nöqtəsi…”, ÖZEL.

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Dövlətçilik tariximizin həlledici dönüş nöqtəsi…”, ÖZEL
REKLAM ALANI
02.10.2024
A+
A-

Azərbaycan Millət vəkili Məşhur Məmmədov,
“Dövlətçilik tariximizin həlledici dönüş nöqtəsi…”, ÖZEL

 

Millet vekili Meşhur Memmedov,

1993-cü il dövlətçilik tariximiz üçün həlledici bir dövr idi. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası ciddi siyasi və iqtisadi böhranlarla üzləşirdi. Həm daxili, həm də xarici təhdidlər ölkənin sabitliyini təhlükə altına alırdı. Bu çətin günlərdə xalqın etimadını və inamını qazanan şəxs Ümummilli Lider Heydər Əliyev oldu.

Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün bu müstəqilliyin əldə olunmasına ən çox töhfə vermiş və onu qoruya biləcək əvəzsiz lideri Heydər Əliyevi Bakıya dəvət etdi. 1992-ci ilin oktyabrında Azərbaycanın məşhur “91-lər” adlanan ziyalılar Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etmişdilər. 1993-cü il iyunun 9-da Heydər Əliyev, nəhayət, xalqın təkidli dəvətini qəbul edib Bakıya gəldi.

Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və bölgədə davam edən qiyamın qarşısını aldı. 1993-cü ilin iyun ayında Azərbaycan siyasi səhnəsinə yenidən qayıdan Heydər Əliyev ölkədə sabitliyin bərpası və dövlətin dağılmasının qarşısını almaq üçün danılmaz fəaliyyət göstərdi. Xalq onun təcrübəsinə, idarəçilik qabiliyyətinə və vətənpərvərliyinə böyük ümid bəsləyirdi. Onun rəhbərliyi altında dövlət idarəçiliyi yenidən qurulmağa və sabitlik bərpa olunmağa başladı.

 

3 oktyabr 1993-cü il tarixində keçirilən prezident seçkiləri Azərbaycan üçün böyük əhəmiyyət kəsb edirdi. Heydər Əliyevin prezidentliyə namizədliyi xalq arasında geniş dəstək qazandı. Seçkilər nəticəsində Heydər Əliyev böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu seçki Azərbaycan xalqının siyasi iradəsinin təzahürü idi və dövlətin gələcək inkişafında əhəmiyyətli dönüş nöqtəsi oldu.

Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı.

Heydər Əliyevin prezidentliyi dövründə ölkədə geniş islahatlar həyata keçirildi. Ölkənin iqtisadi, siyasi və hərbi gücü gücləndirildi, Azərbaycanın beynəlxalq səviyyədə mövqeyi möhkəmləndirildi. Onun rəhbərliyi altında Azərbaycan Respublikası müasir dövlət quruculuğu yolunda əhəmiyyətli addımlar atdı.
İqtisadi sahədə xüsusilə neft strategiyası mühüm yer tutdu. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyırdı. Bu müqavilə Azərbaycanın iqtisadi müstəqilliyinə nail olmasına, dünya iqtisadiyyatına inteqrasiya olunmasına və regionda aparıcı dövlətə çevrilməsinə şərait yaratdı.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə milli birliyin və ictimai sabitliyin bərpası baş verdi. O, ölkəni vətəndaş müharibəsi təhlükəsindən qorudu və dövlətçilik ənənələrinin bərpasına nail oldu. Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan güclü dövlətə çevrildi və beynəlxalq aləmdə öz layiqli yerini tutdu.

Heydər Əliyev idarəetmənin ustadı, siyasətin kamil bilicisi kimi bütün dünyada məşhur idi. Bu dahi insanın təliminə görə siyasət və uzaqgörənlik qarşılıqlı vəhdətdədir. Ulu Öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, zəngin təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir.
Dahi Lider bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirmişdir. Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərin potensialına müraciət edərək, Ulu Öndər onları Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq olmuşdur.
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri də ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu tarazlaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir.

Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilib. Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir.
Bir sözlə, 3 oktyabr 1993-cü ildə Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi, ölkənin müasir tarixində yeni mərhələnin başlanğıcı oldu. Onun rəhbərliyi altında Azərbaycan müstəqilliyini möhkəmləndirdi və iqtisadi, siyasi və sosial sahələrdə böyük uğurlar qazandı. Heydər Əliyevin siyasi irsi bu gün də Azərbaycan dövlətçiliyinin və inkişafının təməlini təşkil edir.
Heydər Əliyevin çıxışlarından birində dediyi kimi: “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutub. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir”.

 

Ülker PİRİYEVA/AZERBAYCAN

 

REKLAM ALANI