Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Trabzon °C

Alman alim Almaniya mətbuatını qatı ermənipərəst mövqe tutmaqda günahlandırıb

Alman alim Almaniya mətbuatını qatı ermənipərəst mövqe tutmaqda günahlandırıb
REKLAM ALANI
03.09.2023
A+
A-

 

 

 

 

Alman alim Almaniya mətbuatını qatı ermənipərəst mövqe tutmaqda günahlandırıb

, 2023

Alman alim Almaniya mətbuatını qatı ermənipərəst mövqe tutmaqda günahlandırıb

 

 

 

 

Tanınmış alman alim, Qafqaz regionunun tədqiqatçısı, Ermənistan-Azərbaycan münaqişəsinə dair çoxsaylı kitab və məqalələrin, o cümlədən “Şuşanın irsi” kitabının müəllifi Dr.Mixael Raynhard Hess alman KİV-lərini Azərbaycana qarşı “erməni rəvayətləri” üzərində qurulan tamamilə birtərəfli materiallar və “açıq-aşkar səhv ittihamlar” yaymaqda günahlandırıb.

 

 

 

 

Alim bu mövqeyə etiraz olaraq “Die ZEIT”, “Tagesspiegel”, “Die Welt”, “TAZ” qəzetlərinin redaksiyalarına məktub göndərib və həmin məktubu öz şəxsi “facebook” səhifəsində paylaşıb.

Dr. Hess etiraz məktubunda bildirib ki, bu nəşrlər “erməni mifologiyasını” təkrarlamaqla və yoxlanılmamış materiallar yaymaqla məşğuldur. Həmin məqalələrdə “Azərbaycan 2020-ci ildə Dağlıq Qarabağa beynəlxalq hüquqa zidd olaraq hücum etmişdir” fikrini “absurd və ağılabatmayan iddia” adlandıran alim beynəlxalq hüququn normalarını bir daha xatırladıb. Nəzərə çatdırıb ki, beynəlxalq hüquq həm de-yure, həm də de-fakto olaraq keçmiş Dağlıq Qarabağın Sovet Azərbaycanının ərazisinin bir hissəsi kimi tanıyıb və BMT TŞ-nin 1993-cü ildə münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr isə bu ərazilərin Azərbaycanın ərazisi olduğunu bir daha sübut edib.

 

 

 

 

O, Dağlıq Qarabağın 1921-ci ildə Azərbaycana verilməsinə dair fikri “ziddiyyətli”, “tamamilə uydurulmuş iddia” adlandırıb və “ermənilərin tarixlə bağlı mifologiyasının reproduksiyası” kimi qiymətləndirib. Qeyd edib ki, Qafqaz bürosu təkcə Stalindən ibarət olmayıb, kollegial idarə edilən orqan olub. Stalinin 1921-ci ildə bolşevik dövlətinin rəhbəri olmadığını vurğulayan alim yeni tarixi mənbəyə istinad edərək yazıb ki, ümumiyyətlə, Stalin 4-5 iyul iclaslarında iştirak etməyib. “Tarixi fakt budur ki, Qafqaz bürosunun qəbul etdiyi, orijinalı rus dilində olan Protokolda Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması/qalması (“оставить”) ifadəsi işlənib”.

 

 

 

 

Dr. Hess “Die Welt” qəzetinin “genosid ritorikalı xora” qoşulmasını kəskin şəkildə pisləyib. Bu nəşrin Ermənistanın Azərbaycana qarşı təcavüzünə olan münasibətini “ikili standart” kimi dəyərləndirən alim qəzeti “imperialist-təcavüzkar prinsiplərlə işləməkdə” günahlandırıb.

 

 

 

 

Qeyd edək ki, son vaxtlar Almaniyanın bu KİV-lərində ölkəmizin əleyhinə qərəzli silsilə məqalələrin nəşri və yayımlanması intensivləşib. Avqustun 10-da həftəlik “Die ZEIT” qəzetində müxbirlər Alise Bota və Marian Mitrovun “Dünyanın unutduğu: Dağlıq Qarabağ” adlı məqaləsi, avqustun 24-də gündəlik “Tagesspiegel” qəzetində ermənişünas alim, Berlin Azad Universitetinin keçmiş dosenti Tessa Hoffmanın “Dağlıq Qarabağda genosid təhlükəsi? Dünya ermənilərin aclıq çəkməsinə imkan verir – öz maraqlarına görə” adlı məqaləsi dərc olunub. Ölkəmizə qarşı əsassız hücumlar avqustun 27-də “Die Welt” qəzetinin onlayn buraxılışında müxbir Pavel Lokşinin “Yalnız” mübarizə anlayışı” – nəyə görə Avropa genosid xəbərdarlığına laqeyd yanaşır” məqaləsinin, avqustun 28-də isə “TAZ” qəzetində Tiqran Petrosyanın “Dözülən genosid: Bunun üçün həm də Almaniya məsuliyyət daşıyır” məqaləsinin çap olunması ilə davam edib.

 

 

 

 

 

Beləliklə, Almaniyanın əsas aparıcı mətbu orqanlarında nəinki jurnalistlərə, hətta əslən erməni millətindən olan şəxsə də Azərbaycana, onun siyasi rəhbərliyi əleyhinə kəskin qərəzli yazılarla çıxış etmək imkanları yaradılıb. “Humanitar fəlakət”, “xristian erməni əhali aclıqla genosidə məruz qoyulur”, “Dağlıq Qarabağ Stalin tərəfindən 1921-ci ildə Azərbaycana birləşdirilib”, “Azərbaycan 2020-ci ilin payızında beynəlxalq hüququ pozaraq Dağlıq Qarabağa hücum edib” kimi kimi absurd fikirlər və təhriflər müxtəlif KİV-lərdə dövriyyəyə buraxılaraq tirajlanıb. Müəlliflər “tarixən məskunlaşdıqları və mütləq çoxluqda yaşadıqları Dağlıq Qarabağda – böyük bir konslagerdə ermənilərə qarşı kütləvi qətllər törədilir” və “Azərbaycan Dağlıq Qarabağ və Ermənistan arasındakı yeganə quru çıxış yolunu 2022-ci ilin dekabrından bağlayaraq oradakı erməniləri genosidə məruz qoyur” kimi əsa ssız iddiaları oxucunun beyninə yeritməyə cəhd ediblər.

 

 

 

Məqalələrdə “Aİ üzv-dövlətlərin Azərbaycan qazına görə seyrci mövqe tutduqları”, “bugünkü Almaniyanın 1915-ci ildəki Almaniya İmperiyası kimi bu genosidin baş verməsində məsuliyyətinin olduğu” kimi misli-görünməmiş yalanlara əl atılıb. Azərbaycanın ali siyasi rəhbərliyinin ölkə Konstitusiyasına və beynəlxalq hüquqa əsasən Qarabağ erməniləri ilə bağlı “Azərbaycan vətəndaşlığını qəbul etmək” tələbi “genosidə məhkum etmək” kimi qələmə verilib. Bu, ermənilərin və havadarlarının yerli nüfuzlu və geniş tiraja malik mətbu orqanlar vasitəsilə Almaniya hökumətinə təzyiq etməsi kimi qiymətləndirilə bilər.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/alman-alim-almaniya-metbuatini-qati-ermeniperest-movqe-tutmaqda-gunahlandirib-3424

 

 

REKLAM ALANI